Bu gün İŞİD döyüşçüləri gözlənilmədən Misirdə peyda olublar. Sina yarımadasında magistral yolu kəsən terrorçular Misirin silahlı qüvvələrinə 2 hücum təşkil ediblər.
Teleqraf.com-un "TRT Haber"ə istinadən məlumatına görə, hücum nəticəsində 3 əsgər, 2 polis öldürülüb.
Digər hücum Şeyx Züveyd şəhərində təşkil edilib. Xatırladaq ki, ötən oktyabr ayında Sina yarımadasının şimalında orduya qarşı hücum edilmişdi. 31 əsgər həlak olmuşdu.