13 Noyabr 2014 23:01
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhəmməd peyğəmbərin doğulduğu ev söküləcək və yerində Kral Abdullah üçün saray inşa ediləcək.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "İndependent" qəzeti yayımlayıb.

Xəbərə görə, Məkkə və Kəbənin ətrafını göydələnlərlə dolduran Səudiyyə rəhbərliyi Məhəmməd peyğəmbərin evini dağıtmağı nəzərdə tutur və onun yerində iqamətgahla yanaşı ticarət mərkəzinin inşasını planlaşdırır.

"İndependent" müxbiri Endryu Consonun imzası ilə dərc olunan xəbərdə Məkkədə yeni layihələrə görə bir çox tarixi abidələr məhv edilib. Bu səbəbdən də Kəbənin ətrafındakı saat qülləsinin də çirkin bir görüntü yaratdığı bildirilir.

Məhəmməd peyğəmbərin doğulduğu evin əvəzinə tikiləcək binanın sahibi isə Kral Abdullah olacaq. Səudiyyə Ərəbistanında bir çoxları mövcud plana qarşı çıxmağa çəkinir.


Müəllif:

Oxşar xəbərlər