27 Oktyabr 2021 09:55
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində dünyada ilk ikili oturacaqlı 5-ci nəsil döyüş təyyarəsi hazırlanıb.

Teleqraf.com xəbər verir ki, “Military Watch” jurnalı J-20 təyyarəsinin iki oturacaqlı modifikasiyasının görüntülərini paylaşıb.

Jurnal tərəfindən yayımlanan iki kadrda gizlilik səbəbi ilə Çin Hərbi Hava Qüvvələrinin rəngləri olmayan J-20 təyyarəsi göstərilir. İndiyədək yalnız bir təyyarə istehsal olunub ki, burada da söhbət iki pilotun yerləşə biləcəyi genişləndirilmiş kabinədən bəhs edilir.

İki oturacaqlı döyüş təyyarəsinin J-20-nin hücum və elektron döyüş versiyalarını inkişaf etdirmə fürsəti verəcəyinə diqqət çəkilən məlumatda ikinci pilotun elektron avadanlıq və silahı idarə edəcəyi ehtimal olunur.

Qeyd edək ki, bu amil 5-ci nəsil döyüş təyyarələrinin təlimini də sürətləndirəcək.

Xəbərdə təyyarənin yer sınaq mərhələsində olduğu bildirilib.

Xatırladaq ki, bundan öncə Çin hipersəsli raketi sınaqdan keçirib və bu, ABŞ başda olmaqla beynəlxalq oyunçuların narahatlığı ilə müşayiət edilib.


Müəllif: Nemət