27 Oktyabr 2021 10:35
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan FETÖ-çü iş adamı Osman Kavalanın azadlığa buraxılmasını tələb edərək Türkiyə hökumətinə əmr verməyə çalışan 10 səfir Prezident Rəcəb Tayyib Ərdoğanın “persona non qrata” çıxışından sonra geri addım atıb.

Teleqraf.com xəbər verir ki, BBC telekanalı Ərdoğanın bu addımla böyük gərginliyin qarşısını aldığını bildirib.

Hollandiya, Kanada, Yeni Zelandiya, Danimarka, Almaniya və Fransa səfirliklərinin geri addım atması Britaniya mətbuatında geniş əks-səda doğurub.

BBC Ərdoğanın çıxışının səfirliklərin geri çəkilməsində təsirli rol oynadığını bildirib.

“Prezident Rəcəb Tayyib Ərdoğan səfirləri “persona non qrata” elan edəcəyini elan etdikdən sonra ABŞ da daxil olmaqla 10 Qərb ölkəsi ilə Türkiyə arasındakı gərginlik azalıb”, - BBC qeyd edib.

Ərdoğanın onların deportasiyasını tələb etməsindən sonra sözügedən səfirlərin bəyanatlarını geri götürdüyünü vurğulayan ingilis telekanalı Ərdoğanın bu addımının Qərb dövlətləri ilə yeni diplomatik gərginliyin qarşısını aldığını vurğulayıb.

BBC son gəlişmələrdən sonra məsələlərin həll edildiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu