27 Oktyabr 2021 17:32
2 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin 11 üzvü Prezident Co Baydenə Türkiyə ilə bağlı skandal dolu məktub göndərib.

Teleqraf.com xəbər verir ki, konqresmenlərin məktubunda Türkiyənin ABŞ və müttəfiqləri üçün “təhlükəli” olduğu, Konqresin “F-16” satışının qarşısını alacağı iddia edilib.

Məktubda Türkiyənin Rusiyadan “S-400” sistemləri aldığına görə “F-35” satılmadığını deyilib.

Türkiyənin ədəd 40 “F-16” almaq istəyindən narahat olduqlarını bildirən konqres üzvləri Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyadan yeni “S-400” hava hücumundan müdafiə sistemi alması ilə bağlı açıqlama verdiyini qeyd ediblər.

Türkiyəyə qarşı əsassız ittihamlar səsləndirməkdən çəkinməyən konqresmenlər Ankaranın ABŞ-a qarşı “düşmən” kimi davrandığını vurğulayıblar.

Prezident və Dövlət katibi Entoni Blinkenə göndərilən məktubda konqresmenlər Dina Titus, Nikol Malliotakis, Karolin Maloni, Brayan Fitspatrik, Qus Bilirakis, Kris Pappas, Devid Valadao, David Çiçiline, Cim Kosta, Con Sarbanes və Ceki Speyerin imzaları var.


Müəllif: Mənsur Rəğbətoğlu