27 Oktyabr 2021 12:45
6 936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2” PUA-ları ilə işğal altındakı Donbasdakı separatçı qüvvələrin texnikalarını vurması Rusiyada gündəm olub.

Teleqraf.com xəbər verir ki, rusiyalı deputat Andrey Medvedev əvvəllər PUA-lara ciddi yanaşmadıqlarını etiraf edib.

“Məni bu dronların pulemyotlarla vurula biləcəyinə və “AliExpress”dən (Çin şirkəti) alınmış ucuz materiallardan hazırlandığına inanırdıq. İndi bizi buna inandıran ekspertlərin fikri maraqlıdır”, - deputat bildirib.

Dünən axşam saatlarında Ukrayna ordusuna məxsus “Bayraktar TB2” PUA-ları Donbasın Qranitnoye kəndində separatçı qüvvələrin artilleriya batareyasını hədəfə alıb. “Bayraktar”dan atılan raket batareyanı məhv edib. Separatçılar bundan sonra mövqelərini tərk edərək qaçıblar.


Müəllif: Mənsur Rəğbətoğlu