27 Oktyabr 2021 13:13
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatının yaraqlıları İraqın Əl-Miqdadiyə rayonunun Əl-Rəşad kəndinə silahlı hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İraq mətbuatı ölkənin təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Yüngül silahlarla yanaşı, snayperlərdən də istifadə edildiyi hücumda əksəriyyəti mülki vətəndaşlar olan 12 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.

Hadisədən sonra bölgəyə təhlükəsizlik qüvvələri göndərilib, hücum edənlər isə kənddən qaçaraq uzaqlaşıblar.


Müəllif: Mənsur Rəğbətoğlu