27 Oktyabr 2021 17:17
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Armen Sərkisyan Səudiyyə Ərəbistanından Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərə yola düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Ər-Riyad hava limanında Ermənistanın dövlət bayrağı yenidən qaldırılıb. Prezidenti Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adel əl-Cübeyr yola salıb.

Xatırladaq ki, Ermənistan prezidenti oktyabrın 26-da ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib. Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr yoxdur, Ermənistan rəsmi şəxsləri indiyədək bu ölkəyə heç vaxt səfər etməyiblər.

“Sputnik Ermənistan” bildirir ki, Sarkisyan ərəb və islam dünyasında müstəsna rol oynayan dövlətə səfər etməklə faktiki olaraq tarixi addım atıb.

Səfər çərçivəsində Ermənistan prezidenti Səudiyyə Ərəbistanının baş nazirinin müavini və müdafiə naziri, vəliəhd şahzadə Məhəmməd ibn Salmanla danışıqlar aparıb. Görüş zamanı tərəflər Ermənistan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini müzakirə ediblər.


Müəllif: Səxavət