14 Noyabr 2014 04:14
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD” və “Əl Qaidə” terror qruplaşmalarının liderləri arasında əməkdaşlığa dair razılaşma əldə olunub.

Teleqraf.com-un “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, “İŞİD” və “Əl Qaidə” liderləri arasında görüşün ötən həftə Suriyanın şimalındakı Atareb şəhərində baş tutduğu ehtimal olunur. Məlumata görə, 4 saat davam edən müzakirələrdə qeyd olunan qruplaşmaların 7-dək yüksək vəzifəli nümayəndələrinin iştirak etdiyi bildirilir.

“Terror qruplaşmalarının liderləri aralarındakı ədavətə son qoymağı, ümumi düşmənlərə qarşı mübarizədə əməkdaşlıq etməyi qərara alıblar”, deyə mənbə bildirib.

Məlumatda qeyd olunur ki, Suriyanın “İŞİD” və “Əl Qaidə” terror qruplaşmaları Suriyanın şimal rayonlarına birgə hücumlar etməyi planlaşdırıb.


Müəllif: