27 Oktyabr 2021 22:39
1 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun sabiq köməkçisi Huma Abedin amerikalı senatorun ona cinsi təcavüz etdiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, Abedin gələn həftə nəşr olunacaq yeni kitabında yaşadıqlarını ətraflı yazıb.

Abedin iddia edib ki, adını açıqlamadığı siyasətçi 2000-ci illərin ortalarında Vaşinqtonda şam yeməyindən sonra onu evinə qəhvə içməyə dəvət edib və divanda ona təcavüz etməyə çalışıb.

Abedin yazıb ki, onu öpmək istəyən senatoru rədd edib və evdən qaçıb. O, senatorun kimliyini və hansı partiyadan olduğunu açıqlamayıb.

45 yaşlı Huma Abedin 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Hillari Klintonun ən etibar etdiyi şəxslərdən biri olub. Abedin onu “ikinci qızım” adlandıran Klintonun seçki kampaniyasında mühüm rol oynayıb.

Kitabı nəşr olunmamışdan əvvəl oxuyan “Guardian” qəzetinin müxbiri Martin Pengli Abedinin yazdığı kitab haqda bildirib: “O, sağ tərəfimdə oturdu, sol qolunu çiynimə doladı və məni öpdü. Sonra məni divana itələdi. O qədər şok oldum ki, onu itələdim. Yeganə istədiyim şey o on saniyəlik anın yaddaşımdan silinməsidir”.

Huma Abedin həmçinin yazıb ki, o, bir neçə gün sonra Kapitoliyada senatorla qarşılaşıb. Senatorun ondan üzr istədiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu