27 Oktyabr 2021 21:42
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya, Liviya, Dağlıq Qarabağda və terrorla mübarizə əməliyyatlarında əldə etdiyi uğurlarla dünyanın diqqətini çəkən Türkiyənin yerli və milli imkanları ilə inkişaf etdirdiyi silahsız pilotsuz uçuş aparatları daha bir ölkəyə ixrac ediləcək.

Teleqraf.com xəbər verir ki, "Baykar Savunma" şirkətinin yaydığı açıqlamada daha bir ölkə ilə Bayraqdar TB2 PUA ixracatı ilə bağlı anlaşma əldə edildiyi bildirilib.

Bununla da "Bayraqdar"ların istehsal ediləcəyi ölkələrin sayı 13 olub.

Şirkət PUA-ların hansı ölkəyə satılacağını açıqlamayıb.


Müəllif: Teleqraf.com