27 Oktyabr 2021 23:12
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 210 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 355 947 nəfər test edilib, onların 26 896-nın koronavirus testi pozitiv nəticə verib, 30 542 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 115 861 861 peyvənd tətbiq edilib ki, bunun 89,09 faizi birinci, 78,01 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.


Müəllif: Teleqraf.com