28 Oktyabr 2021 08:05
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ostin ilə telefon danışığı aparıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib.

Danışıq zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib.

Tərəflər Türkiyə və ABŞ prezidentlərinin planlaşdırılan görüşü öncəsi müsbət gündəliyin formalaşdırılması istiqamətində atılacaq addımlarına diqqəti yönəldiblər.


Müəllif: Teleqraf.com