28 Oktyabr 2021 10:37
25 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Amerika nümayəndə heyətinin Türkiyənin “F-35” proqramından çıxarılması ilə bağlı yaranan fikir ayrılıqlarını müzakirə etmək üçün Ankarada danışıqlar apardığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Pentaqonun sözçüsü Anton Semelrot ABŞ Müdafiə Nazirliyinin Avropa və NATO siyasəti idarəsinin rəisi Endryu Vinternitz və bu qurumun Satınalma və Təchizat İdarəsinin rəsmisi Melissa Benkertin başçılıq etdiyi nümayəndə heyətinin Ankarada görüşlər keçirdiyini bildirilib.

Semelrot deyib ki, nümayəndə heyəti Türkiyənin “F-35” proqramından çıxarılması prosesinin yekunlaşdırılması məsələsində yaranmış fikir ayrılıqlarını həll etmək üçün danışıqlar aparıb.

Görüşdə Türkiyə Müdafiə Nazirliyinin rəsmilərinin də iştirak etdiyini qeyd edən Pentaqon sözçüsü vurğulayıb:

“Müzakirələr məhsuldar keçib və tərəflər yaxın aylarda Vaşinqtonda yenidən görüşmək barədə razılığa gəlib”.


Müəllif: Mənsur Rəğbətoğlu