28 Oktyabr 2021 10:46
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ bu il Çin və onun sularına bitişik ərazilərdə iki mindən çox casus kəşfiyyatı həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu məlumat “South China Morning Post” qəzetinin Çin ordusunun Hərbi Elmlər Akademiyasının tədqiqatçısı Kao Yankongla söhbəti zamanı ortaya çıxıb.

Kao iddia edib ki, ABŞ döyüş təyyarələri, gəmiləri və sualtı qayıqları Cənubi Çin dənizi və Pekinin nəzarətində olan adalar və qayalıqlar ətrafında 2000-dən çox kəşfiyyat və müşahidə missiyası yerinə yetirir.

Sözügedən fəaliyyətlərin bölgədəki təhlükəsizlik və sabitliyə mənfi təsir etdiyini xatırladan Kao bildirib ki, yaxın kəşfiyyat missiyaları Çinin suveren təhlükəsizliyini təhdid edir və regional gərginliyi artırır: “Bu cür hərəkətlər qaçılmaz olaraq Çinin reaksiyası ilə üzləşəcək və şübhəsiz ki, atəş riskini artıracaq”.

Hərbçi bildirib ki, Birləşmiş Ştatlar potensial münaqişələrdən qaçmaq üçün yaxın kəşfiyyat missiyalarını dərhal dayandırmalıdır.


Müəllif: Nemət