28 Oktyabr 2021 11:08
1 697
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kipr adasında iki dövlət və iki xalq var, bundan sonra bu iki xalqın birlikdə yaşaması mümkün olmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar deyib.

Ölkə başçısı Kipr adasında hər kəsin öz haqqlarından xəbərdar olduğunu söyləyib:

“Dünya bizə deyir ki, haqlarınızdan, hüquqlarınızdan əl çəkin. Onu da deyirlər ki, Kiprdə razılaşma əldə etmək üçün iki tərəf anlaşmalıdır. Bu kontekstdə hər iki tərəfin razılığa gəlməsi mümkün görünmür. Çünki yunan tərəfi üstünlük əldə edib və bundan maksimum istifadə edir”.

Ərstin Tatar ölkəsinin əsas hədəfinin bu baş verənlərdən sonra daha da güclənmək olduğunu bildirib:

“Bu bir faktdır ki, biz dövlət olaraq yaşayırıq və bunu heç kim inkar edə bilməz. Bu dövlətin sərhədləri var. Bu dövlətin xalqının idarə etdiyi hakimiyyət anlayışı və demokratiyası var. Hər bir dövlətdə mövcud olan institusional strukturlar mövcuddur. BMT və beynəlxalq hüquqa görə, onun xalqının öz dövlətinin damı altında yaşaması haqqı var, Kosovoda olduğu kimi öz gələcəyimizi təyin etmək hüququmuz var”.


Müəllif: Mənsur Rəğbətoğlu