28 Oktyabr 2021 10:03
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hakimiyyəti ölkəyə gələn ukraynalı jurnalist Dmitri Qordonu deportasiya etmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qordonun özü “Ukrayna-24” telekanalına müsahibəsində bildirib.

O deyib ki, Tiflis hava limanında ona girişin qadağan edilməsinin səbəblərini deməyiblər, sadəcə qərarı bildiriblər: “Gürcüstan tərəfi 10 gün ərzində girişə qadağanın səbəbi barədə Ukrayna səfirliyinə yazılı məlumat verəcəyini vəd edib”.

Dmitri Qordon bildirib ki, Gürcüstana eks-prezidenti Mixail Saakaşvili ilə müsahibə üçün gedib.

Qeyd edək ki, ondan əvvəl Saakaşvilinin ukraynalı vəkili Yevgeni Hruşovets də Tiflis aeroportuna düşüb, amma heç bir izahat verilmədən onu Gürcüstana buraxmayblar.


Müəllif: Nemət