28 Oktyabr 2021 11:43
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın iki ədəd Tu-160 uzaqmənzilli strateji bombardmançı təyyarəsi Barent və Norveç dənizi üzərində uçuş həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu zaman Norveç Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları da havaya qaldırılıb.

Bununla Norveç qırıcıları rus bombardmançı təyyarələrini izləyib.

Rusiya Müdafiə nazirliyi uzaqmənzilli strateji bormbardmançı təyyarələrin Barents və Norveç dənizi üzərindən uçduğunu təsdiqləyib, uçuşun 8 saata yaxın davam etdiyini bildirib.

Eyni zamanda əlavə edilib ki, uçuş beynəlxalq aviasiya qaydalarına ciddi riayət edilməklə həyata keçirilib.


Müəllif: Nemət