28 Oktyabr 2021 13:16
2 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çinin şübhəli hipersəsli raket testi sovet Rusiyasının Sputniklə “Soyuq müharibə” başlatma addımına çox yaxındır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mark Milley deyib.

Baş qərargah rəisi Çin ordusunun sürətlə inkişaf etdiyinə də diqqət çəkib.

“Gördüklərimiz hipersəsli silah sisteminin sınaqları idi və bu, çox narahatedicidir. Bilmirəm, bu, sputniki xatırladır, amma olduqca yaxındır”, - general bildirib.

Qeyd edək ki, SSRİ-nin 1957-ci ildə Sputniki peykə buraxması Soyuq müharibənin əsasını qoymuşdu.


Müəllif: Nemət