28 Oktyabr 2021 16:38
5 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriyada yeni antiterror əməliyyatı mesajından sonra cənub sərhədlərində yeni gəlişmələr yaşanır.

Teleqraf.com xəbər verir ki, ilk dəfə olaraq Rusiya qırıcılarının Suriyanın şimalına – Türkiyə ilə sərhəd bölgələrində yerləşdirildiyi iddia olunub.

Məlumata görə, Rusiyanın “Su-35S” döyüş təyyarələri Qamışlıya göndərilib.

Rusiyanın RT xəbər agentliyinin məlumatına görə, rus ordusuna məxsus döyüş təyyarələri ilk dəfə Suriyanın şimalında yerləşdirilib.


Müəllif: Mənsur Rəğbətoğlu