14 Noyabr 2014 08:52
662

Yunanıstanın Müdafiə Nazirliyi ABŞ tərəfindən verilmiş “M” seriyalı 500 ədəd zirehli transportyorun və digər hərbi texnikanın qəbul edildiyini və artıq hərbi hissələrə paylandığını bəyan edib.

“Zirehli transportyorlar heç bir ödəmə olmadan ABŞ ordusunun anbarlarından verilib, onların tədarükü Yunanıstan-ABŞ ikitərəfli saziş əsasında həyata keçirib”, deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qurumun məlumatına görə, Pirey limanına noyabrın 10-da 113 ədəd “M113A2” zirehli transportyor, 83 ədəd “M577A2” tipli komanda-qərargah maşını, 42 ədəd “M105 A2-A3” tipli transportyor boşaldılıb. Saloniki limanına isə noyabrın 11-də 83 ədəd tırtıllı “M113A2” tipli transportyor, 62 ədəd “M577A2” tipli zirehli komanda-qərargah maşını, 72 ədəd özüyeriyən “M901 ITV” qurğusu və 46 ədəd “M1059” zirehli maşın boşaldılıb.


Müəllif:
Загрузка...