29 Oktyabr 2021 10:18
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30-31 oktyabrda keçiriləcək G-20 Liderlər Zirvəsi üçün İtaliyaya, 1-2 noyabrda isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP26) 26-cı Tərəflər Konfransına qatılmaq üçün Şotlandiyaya gedəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, G-20-nin Roma sammitində keçirilən görüşlərdə liderlər koronavirus pandemiyası dönəmində iqtisadiyyatın bərpası, qlobal iqtisadiyyatda və səhiyyədə baş verən hadisələr, iqlim dəyişikliyi, ekologiya, davamlı inkişaf və qaçqın məsələsi ətrafında fikir mübadiləsi aparacaqlar.

Prezident Ərdoğan G-20 sammitindən sonra Qlazqoda iqlim konfransında iştirak və çıxış edəcək.

Qeyd olunan sammitlər çərçivəsində Ərdoğanın bəzi iştirakçı ölkələrin dövlət və hökumət başçıları ilə, eyni zamanda, ABŞ Prezidenti Co Baydenlə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulub.


Müəllif: Mənsur Rəğbətoğlu