30 Oktyabr 2021 19:40
1 990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Rastov şəhərində hərbi məhkəmə dörd tatar türkünü terror ittihamı əsasında 12 ildən 17-ilə qədər cəza verib.

Teleqraf.com xəbər verir ki, Ukrayna parlamentinin İnsan haqları komitəsinin sədri Ludmila Denisova bu məlumatı təsdiq edib.

Məlumata görə, Rusiya hərbi məhkəməsi Seyitömər Seyidömərovu 17, Osman Seyidömərovu 14, Rüstəm Seyidməmədovu 13 və Əhməd Süleymanovu 12 il müddətinə həbs cəzasına layiq görüb.

Ukrayna Xarici işlər nazirinin müavini Əminə Kappar bəyan edib ki, Krım tatarları yarımadada sistematik zülmə məruz qalır. Krım tatarlarının absurd ittihamlarla həbsə göndərildiyinə diqqət çəkən Kappar məhkəmənin son qərarını qınadıqlarını bildirib.

Məlum olub ki, tatarlara qarşı saxta ittiham və əsassız cəzaya etiraz etdiyinə görə daha 2 jurnalist və 30 fəal da saxlanılıb.


Müəllif: Nemət