30 Oktyabr 2021 22:11
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanından sonra Bəhreyn də Livan səfirini ölkədən çıxarmaq qərarını verib.

Teleqraf.com-un məlumatına görə, Bəhreyn Xarici İşlər Nazirliyi açıqlayıb ki, Livan rəsmilərinin qəbul edilməz davranışı və açıqlamaları səbəbindən bu ölkənin səfiri Milad Hanna Nemmura ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.

Açıqlamada bu qərarın Bəhreyndə yaşayan və işləyən livanlılara təsir etməyəcəyi ifadə olunub.

Qeyd edək ki, Bəhreyndən əvvəl Səuiyyə Ərəbistanı Livan səfiri Fəvzi Kabbarın 48 saat müddətində Ər-Riyadı tərk etməsini tələb edib.

Diplomatik qalmaqala səbəb Livan informasiya naziri George Kardahinin Yəməndə baş verənlərlə bağlı Ər-Riyadı ittiham etməsidir.


Müəllif: Nemət