30 Oktyabr 2021 22:51
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş zamanı əsas diqqət Balkanlarda və Cənubi Qafqazda vəziyyətin daha da sabitləşdirilməsi üçün iki ölkənin səylərinin əlaqələndirilməsinə yönəldilib. Bosniya nizamlanmasının təşviqi üçün birgə addımların, o cümlədən çoxtərəfli formatların istifadəsi ilə mümkünlüyü müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasının və Cənubi Qafqazda qarşılıqlı faydalı infrastruktur layihələrinin təşviqi məqsədilə “3+3” regional mexanizminin işə salınmasının perspektivləri ətrafında fikir mübadiləsi aparıldığı bildirilib.

Beynəlxalq gündəlikdəki bir sıra məsələlərə və ikitərəfli münasibətlərin əsas aspektlərinə toxunulub.

***

22:00

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

***

19:54

“Böyük iyirmilik” (G20) ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmək üçün Romaya gedən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun görüş proqramı bəlli olub.

Teleqraf.com xəbər verir ki, o, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

Eyni zamanda, Rusiya nümayəndə heyətinin məlumatına görə, Lavrov Çinin xarici işlər naziri Van İ, eləcə də fransalı həmkarı Jan-İv Le Drian ilə danışıqlar aparacaq. Bundan əlavə, BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Devid Bizli və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus ilə görüşləri də gözlənilir.


Müəllif: Teleqraf.com