Almaniya baş naziri Angela Merkel Yeni Zelandiyaya səfəri çərçivəsində milli haqqa rəqsi və burun öpüşü ilə qarşılanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Merkel ölkənin ən böyük şəhəri və iqtisadiyyat mərkəzi Aucklandda baş nazir Con Ki ilə bir araya gəlib. Görüşlərdə başlıca məsələ iqtisadiyyat sahəsində əlaqələrin dərinləşdirilməsi olub. Qeyd edilib ki, iki ölkə arasındakı ticarətin həcmi 2013-cü ildə 1,65 milyard avro olub.
Bundan əlavə Merkel həmkarı ilə iki ölkə arasında digər sahələrdə əlaqələrin genişləndirilməsini də müzakirə edib.
Samir