1 Noyabr 2021 11:19
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimalında həyata keçiriləcək əməliyyatdan əvvəl terror təşkilatı PKK/YPG təşviş içindədir. Qəndil “Sərhat” kod adlı xaini bölgəyə göndərib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri (TSK) və Suriya Milli Ordusu (SMO) Mənbiç, Tel Rifat, Ayn İsa, Kobani və Tel Temir bölgələrinə əsgər, sursat və zirehli texnika daşımaqda davam edir.

Əməliyyat bölgələrinə göndərilən əsgərlərin sayı 9 mini keçib. SMO sözçüsü Yusif Hamud əməliyyatın taktika və strategiyasının müəyyən edildiyini və Milli Ordu olaraq oynayacaqları rolun aydın olduğunu bildirib: “Ankaradan gələcək hücum əmri ilə minlərlə kilometrlik vətən torpaqlarında PKK-nın varlığı sona çatacaq”.

Məlumatlara görə, Türkiyə və SMO-nun əməliyyata hazırlıqları bütün sürətilə davam edərkən PKK “Serhat” kod adlı terrorçunu yeni sözdə “baş komandan” olaraq Suriyaya göndərib.

“Serhat” kod adlı terrorçu Dirbesiyedə Şahin Çilo ilə Menbiç, Tel Rifat, Ayn əl-Arab (Kobani), Ayn İsa və Tel Temirdə bölgənin sözdə məmurları ilə təkbətək görüş keçirib. Tel Rıfat və Ayn İsada bəzi adları dəyişdirən “Serhat” kod adlı terrorçu TSK-nın əməliyyatı zamanı terrorçulara rəhbərlik edəcək.

Əməliyyatdan əvvəl ciddi çaxnaşma yaşayan terror təşkilatı PKK, bir tərəfdən Mənbic və Tel Rıfatın rejimə təhvil verilməsi üçün Dəməşqlə danışıqlar aparmağa başlayıb, Ayn əl-Ailədə yaşayan terrorçuların Qamışlıya daşımağa başlayıb.

İşğal altındakı bölgələrdə qondarma hərbi şuraların çətiri altında fəaliyyət göstərən PKK-nın Qəndildən bölgəyə təyin etdiyi “Serhat” kod adlı yaraqlı 2 həftə əvvəl 30 nəfərlik heyətlə Suriyaya gəlib.

PKK-nın rəhbərlərinin Mənbic və Ayn əl-Ərəbdə sərhəd boyunca qazılan tunellərə partlayıcıların yerləşdirilməsi haqda informasiya əldə olunub.


Müəllif: Nemət

Oxşar xəbərlər