1 Noyabr 2021 19:00
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boyunuzun fasiləsiz uzandığını və 6 yaşınızda yeniyetməlik dövrünüzün başladığını xəyal edin. 24 yaşlı Rümeysa Gelgi bu həyatı yaşayır.

Teleqraf.com xəbər verir ki, Rümeysa Gelgi dünyanın ən uzun qadını olaraq Ginnesin Rekkordlar kitabına düşüb.

O, hələ 17 yaşı olanda bu adı qazanıb. 213 sm boyu olan Rümeysa 2014-cü ildə adını rekkordlar kitabına saldırıb.

Həyatı haqqında danışan Rümeysa deyir ki, digər insanlardan fərqli olsa da, bununla qürur duyur:

“Ortalama 90 kq çəkim var. Yeriyə bilmədiyim üçün tərəzidə sərbəst dayana bilmirəm. Məndə hər hansı hormonal pozğunluq olmayıb. Uzunboylu olmağımın tək səbəbi viver sindromudur. Bu, mənim genlərimdə səbəbi bilinməyən mutasiya nəticəsində əmələ gələn sindromdur. 1997-ci ildə doğulanda dünyada bu sindroma sahib 27-ci adam idim. Ana bətnində döldə əmələ gələn mutasiyadır”.

Viver sindromundan əziyyət çəkən Rümeysa 5 kq 900 qram ağrılığında, 59 sm boyla dünyaya gəlib. Artıq 7 yaşı olanda boyu 180 sm-ə çatıb. Deyir ki, boyu həddindən artıq uzun olduğuna görə məktəbə gedə bilməyib və təhsilimi evdən davam etdirməli olub.

6 yaşında o, yeniyetməlik dövrünə başlayıb.

Ailəsi boyunun uzandığını gördüyü üçün 6-19 yaşları arasında hormon müalicə almağa başlayıb. Bu müalicə ərgənliyə sürətlə daxil olması və müddəti tez başa vurmasına kömək olub. Əsas məqsəd boyunun uzanmasını dayandırmaq olub.

9 yaşı olanda boyu 201 sm-ə çatıb. 24 yaşınadək 5 dəfə əmliyyat keçirib.

Hazırda o, 51 ölçü ayaqqabı geyinir. Digər insanlar kimi normal porsiyada qidalanır və sağlam qidalanmağa üstünlük verir.

Rümeysa Gelginin gələcək üçün hədəfləri böyükdür. Deyir ki, elmi kəşfləri çox sevir: “Məktəb illərində də texnologiya dərslərində fantastik layihələrim olardı. Astronomiyaya marağım böyükdür. Həyatdakı ən böyük hədəfim kimdənsə asılı olmadan yaşamaqdır. Skolyoz xəstəliyim var. Bu da məndə əlavə problemlərə səbəb olur. Mənim üçün həyatın mənası arzularımı gerçəkləşdirməkdir. Fərqli olmaq kənardan pozitiv görünməsə də, belələri pozitiv olmağa çalışırlar”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər