1 Noyabr 2021 17:49
5 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmları Co Baydenlə görüşün əvvəlcə 20 dəqiqə olacağı ilə bağlı yayılan iddiaya cavab verib.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri bu barədə İtaliyada qatıldığı G-20 sammitindən qayıdanda jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Ərdoğan, həmçinin jurnalistin “BMT sammitindən sonra “Onunla yaxşı başladığımızı deyə bilmərəm” söyləmişdiniz. Bu dəfəki görüşdən sonra fikriniz dəyişdimi?” sualını cavablandırıb:

“Təbii ki, şərtlər atmosferə görə dəyişir. BMT sammiti ərəfəsində fərqli gözləntilərimiz vardı. O fərqli gözləntilər olmayanda proseslər bir az fərqli situasiyaya keçdi. O gəlişmələr fərqliydi.

Media bu görüşün 20 dəqiqə olacağını bildirdi. Amma görüşümüz 1 saat 10 dəqiqə davam etdi. Medianın bizimlə necə məşğul olduğunu görün. Yəni “qəbul etməyəcək”, “görüşməyəcəklər” deyirlər və 20 dəqiqəyə endirirlər! Amma görüşümüz 1 saat 10 dəqiqə çəkdi. Bu müddətdə protokol gəldi getdi, gəldi getdi, onlara bir-iki dəfə də göz-qaş etdilər.

Digər görüşlər də vardı, digər yandan da sammit başlayırdı, buna görə digər proqramlara qatılmağa məcbur olduq. BMT Baş Assambleyasından bu yana fərqli proses yaşadıq. İndi bizim “Türk Evi” BMT düz qarşısında ucalır. İnşallah, bir gün görüşə bilərik. Orada ev sahibliyi edə, görüşümüzü keçirə bilərik. Niyə də olmasın. Eyni zamanda, təhlükəsizlik, müdafiə, ticarət, terrorizm, məhkəmə və regional məsələlərlə bağlı ümumi mexanizmin yaradılmasına razılaşdıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər