Rusiyanın Ukraynanın şərqində atdığı addımlar Moskvaya qarşı sanksiyaların genişlənməsinə səbəb ola bilər.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu barədə Avstraliya paytaxtında «Böyük İyirmilər» sammitindən əvvəl jurnalistlərlə görüşən David Kemeron deyib. Onun sözlərinə görə, Rusiya Ukraynaya müstəqil və azad ölkə kimi inkişaf etməyə imkan verməlidir.
Britaniya liderinin sözlərinə görə Rusiya Ukrayna məsələsində pozitiv yanaşma göstərdiyi təqdirdə sanksiyalar ləğv edilə bilər. Lakin Moskva vəziyyəti gərginləşdirməkdə davam edərsə, bu sanksiyaların genişlənməsinə səbəb ola bilər.
Samir