2 Noyabr 2021 12:20
8 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dəstəklədiyi şiə “Bədr Briqadaları” radikal qruplaşması İraqda növbəti qətliam həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Diyalədə sünni kəndlərinə hücum edən şiə silahlıları 17 dinc sakini vəhşicəsinə qətlə yetirib:

“Diyalənin Əl-Müqadiyyə rayonunda baş verən qanlı basqınlarda aralarında uşaq və qadınların da olduğu 70-dən çox mülki şəxs yaralanıb. Rayonun hər yerində bağları yandırılan, traktorları, minik avtomobilləri, yük maşınları, pulları müsadirə edilən, qoyun-keçi və inəkləri öldürülən 349 ailə zorla evlərindən çıxarılaraq sürgünə göndərilib.

İranın dəstəklədiyi “Həşd əş-Şaabi” yaraqlıları 2014-2018-ci illərdə Mosul əyaləti başda olmaqla Mosul, Diyalə, Təlafər, Həvicə, Rəşad, Toyuq, Sincar və Kərmiyə şəhərlərində İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə 600 mindən çox sünninin qətliamında fəal iştirak edib. Eyni dövrdə dörd milyon yarım sünni müsəlman öz torpaqlarından zorla qovulub”.

Qəzet qeyd edib ki, İran tərəfindən dəstəklənən qruplaşmaların Bağdadın 90 kilometrliyində törətdiyi qırğından sonra Əl-İmam kəndindən 200, Əl-Əmiriyyədən 55, Böyük Mithaqdan 36, Rəşad kəndindən 24 və Kiçik Mithaqdan 34 ailə zorla bölgədən uzaqlaşdırılıb:

“Vəhşiliyin şahidi olmuş Hacər əl-Vurud kəndində müəllim işləyən Əbdülməcid Şərqi qəzetə açıqlamasında Türkiyə Qızıl Aypara başda olmaqla humanitar təşkilatlarından dəstək gözlədiklərini deyib:

“Şiə yaraqlıları kəndlərdə patrul fəaliyyətlərini davam etdirirlər. Geridə qalanlar da sıxışdırılır, vəhşiliyin gizli saxlanmasını və kənara sızdırılmamasına çalışırlar. Biz Türkiyənin burada qarant olmasını istəyirik. Fələstində, Liviyada, Qarabağda və Suriyada olduğu kimi, İraqdakı məzlum sünniləri də qorumasını istəyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər