2 Noyabr 2021 19:13
1 997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda ata yemək tapmadığı üçün 9 yaşlı qızını 55 yaşındakı bir kişiyə evlilik məqsədilə satıb.

Teleqraf.com xəbər verir ki, 55 yaşlı kişiyə evlilik məqsədilə satılan Pərvanə Malikinin görüntüləri dünyada şok effekti yaradıb.

Pərvanə Malikinin ailəsi 4 ildir ki, Badgs əyalətində düşərgədə yaşayır.

Beynəlxalq humanitar yardımların çatmadığı Əfqanıstanda insan böhranı davam edir. Bir neçə ay əvvəl 12 yaşındakı qızını evlilik üçün satan Əbdül Malik bu dəfə 9 yaşındakı qızı Pərvanəni "CNN İnternational" kanalının kamerları önündə satıb.

8 nəfərlik ailənin ölməməsi üçün qızını satmaq məcburiyyətində qaldığını söyləyən Əbdül Malik 9 yaşlı Pərvanəni 2 min 200 dollara satdıqdan sonra tarla və qoyun alıb.

Hazırda bir xanımı olduğunu bildirən Qurban isə deyib ki, Pərvanə ucuzdur və atası da çox yoxsuldur: “Pula ehtiyacı vardı, Pərvanə evimdə işləyəcək, onu döyməyəcəyəm”.

Ata Əbdül Malik isə qızını satdığı Qurbana “O, sənin gəlinindir, lütfən ona yaxşı bax, indi sənin məsuliyyətindədir. Xahiş edirəm onu döymə” deyib.


Müəllif: Nemət

Oxşar xəbərlər