2 Noyabr 2021 22:26
5 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makronun Avstraliya və ölkəsi arasındakı sualtı gəmilərlə bağlı müqavilənin ləğvi ilə bağlı açıqlamalarına reaksiya verən Avstraliya Baş naziri Skott Morrison onun təhqiramiz fikirlərinə qəbul etməyəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, baş nazir Fransanın bundan küsdüyünü bildirərək, şəxsinə ünvanlanmış tənqidləri qəbul etdiyini, amma ölkəsinə yönəlmiş təhqir və alçaltmalarına dözməyəcəyini deyib.

“Çiyinlərim genişdir, bununla (ittihamlarla) məşğul ola bilərəm. Amma Avstraliyanın alçaldılmasına icazə verməyəcəyəm. Avstraliyanı böhtanlarla qaralanmasına imkan verməyəcəyəm”, - Morrison söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər