2 Noyabr 2021 22:54
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası meşələrin mühafizəsi üzrə qlobal təşəbbüsə 1 milyard avro vəsait ayıracaq.

Teleqraf.com-un məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən İqlim dəyişikliyi ilə bağlı BMT-nin Çərçivə Konvensiyasının 26-cı konfransı (COP26) zamanı deyib.

O bildirib ki, Avropa Komissiyası tezliklə Avropa İttifaqının meşələrin məhvinə təsirini məhdudlaşdıracaq tapşırıqları təqdim edəcək: "Aİ bazarlarına daxil olan məhsullar meşələrin məhv olmasına aparmamalıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər