İtaliya mətbuatı ötən həftə sonu Romada keçirilən G20 Liderlər Zirvəsinin qalibinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu yazıb.
Teleqraf.com xəbər verir ki, italyan nəşri “Corriere della Sera” zirvəyə qatılan liderləri qiymətləndirərkən Prezident Ərdoğanı “bütün qaynar dosyelər üçün axtarılan sima” adlandırıb.
Sammit çərçivəsində bir çox liderin Ərdoğanı görmək istədiyini qeyd edən qəzet yazıb: “O, ev sahibi ilə birlikdə G20-nin digər manşetçisi oldu. Türkiyə prezidenti ən qaynar dosyelərin imtinaolunmaz həmsöhbətidir”, - nəşr bildirib.
“La Verita” qəzetinə görə, G20-nin bir qalibi" varsa, o, böyük ehtimalla Rəcəb Tayyib Ərdoğandır: “Hesab edirsiniz ki, bu, şişirdilmiş qiymətləndirmədir? Yox! Romada keçirilən sammitdə Türkiyə prezidenti üç amilə görə üstün idi: ABŞ Prezidenti Co Bayden həm beynəlxalq, həm də daxildə siyasi zəifliyi və Çin-Rusiya tandeminin bu sammitdə iştirak etməməsi sayəsində Ərdoğanın manevr imkanı geniş idi, üçüncüsü isə onun bəzri kritik məqamlarda mərkəzi rol oynamasını önə çıxarması idi”.
“Il Messaggero” qəzeti İtaliya Baş naziri Mario Draqinin açıqlamaları ilə gərginləşən Türkiyə ilə münasibətlərin onunla Ərdoğan arasında keçirilən ikitərəfli görüşlə yumşaldıldığını bildirib.
Qəzet artıq bu gərginliyin keçmişdə qaldığını vurğulayıb.
“Bu G20 Sammiti Ərdoğan üçün uğurlu oldu. O, əsl qalibdir", - “Affariitaliani” nəşri yazıb.
Xəbərdə bu sammitin Fransa Prezidenti Emmanuel Makron üçün pis olduğu iddia edilib.