ABŞ-ın xüsusi təyinatlı qüvvələri İsrailin cənubundakl Eilat şəhərində yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Kanal12” televiziyası məlumat yayıb.
Xəbərdə daha əvvəl müştərək hərbi təlimlər keçirən ABŞ-İsrail qüvvələrinin ilk dəfə “İranın bölgədəki bir ABŞ konsulluğunu və ya bir gəmini ələ keçirməyə çalışdığı” ssenarisi oynanılır.
Maraqlıdır ki, ABŞ xüsusi təyinatlılarının təlimlərdən sonra Körfəz bölgəsinə göndəriləcəyi bildirilir.
Bildirilib ki, İsrail Hərbi Dəniz Qüvvələri və “Şayetet 13” komando birliyinin qatıldığı təlimlə Tehrana qarşı güc nümayiş etdirmək, onu çəkindirmək və İsrail ilə ABŞ arasında əməkdaşlığı nümayiş etdirmək məqsədi daşıyır.