6 May 2014 15:20
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində yerləşən Dontesk vilayətində davam edən hərbi əməliyyatlarla əlaqədar olaraq, yerli hava limanı təyyarələrin qəbulunu və yola salınmasını müvvəqqəti olaraq dayandırıb.


Teleqraf.com-un xəbərinə görə, bu addım Ukrayna Dövlət Aviasiya xidmətinin qərarı ilə atılıb.

"Ukrayna Dövlət Aviasiya xidmətinin qərarı ilə Donetsk aeroportu müvəqqəti olaraq fəaliyyətini dayandırıb", - deyə aeroportun saytında yerləşdirilmiş xəbərdə qeyd olunub.

Saytın əsas səhifəsindəki onlayn cədvəldə reyslərin təxirə salındığı qeyd olunub.

Verilən məlumata görə, Donetsk vilayətində Ukrayna ordusunun xüsusi əməliyyatları bu gün də davam etdirilir.

Ülviyyə


Müəllif: