Gürcüstanın ən böyük müxalifət təşkilatı olan Vahid Milli Hərəkat ölkə parlamentindəki fəaliyyətini dayandırıb.
Teleqraf.com xəbər verir ki, partiyanın nümayəndəsi Nika Oboladzenin sözlərinə görə, iki iki əsas məsələ - eks-prezident Mixail Saakaşvilinin azadlığa buraxılması və konstitusiyaya düzəlişlər edilməsi həll olunmayana qədər deputatlar parlamentdəki fəaliyyətinə qayıtmayacaq.
“Bu məsələlər həll olunana qədər parlamentdəki işimizi dayandırırıq. İndi biz diqqəti genişmiqyaslı etirazlara yönəlmişik ki, son nəticədə hökumət ölkəni idarə edərkən çoxluğun iradəsini nəzərə almağa məcbur olsun”, - Oboladze bildirib.
Onun sözlərinə görə, partiya mandatlarının qorunması ilə bağlı Saakaşvili ilə məsləhətləşməyə hazırlaşır, ona görə də Vahid Milli Hərəkat üzvləri siyasətçiyə həbsxanada baş çəkmək istəyirlər.