14 Noyabr 2014 13:43
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Avstraliya paytaxtında baş tutacaq “Böyük yeddilər” sammiti çərçivəsində Almaniya kansleri Anqela Merkellə görüşmək niyyətindədir.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu barədə Vladimir Putin açıqlama verib. Onun sözlərinə görə, Merkellə görüşü zamanı mövcud problemlərin müzakirəsi nəzərdə tutulur.

Putin həmçinin sammitdən əvvəl Böyük Britaniyanın baş naziri Devid Kemeron və Fransa prezidenti Fransua Ollandla da görüş keçirəcək.

Qeyd edək ki, noyabrın 15-16-da Brisbendə baş tutacaq sammitdən əvvəl G-20 liderlərinin dünyada iqtisadi vəziyyətlə bağlı qeyri-formal görüşünün keçiriləcəyi nəzərdə tutulub.

Samir


Müəllif:

Oxşar xəbərlər