4 Noyabr 2021 00:28
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarka hökuməti iri quşçuluq fermasında yüksək patogenli H5N1 quş qripinin yayılmasını qeydə alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Danimarkanın Ərzaq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyinin saytı məlumat yayıb.

Məlumata görə, noyabrın 1-də Slagelse bələdiyyəsində təxminən 28 min quş olan hinduşka fermasında yüksək patogenli quş qripi H5N1 epidemiyası təsdiqlənib.

Danimarka Baytarlıq və Qida Administrasiyası təsərrüfat ətrafında 3 və 10 kilometrlik zonalar yaradıb və zərər çəkmiş fermadan infeksiyanın yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görür.

Bundan əlavə, noyabrın 3-də 50-yə yaxın toyuq, ördək və qazın olduğu quşçuluq fermasında yüksək patogenli H5N1 quş qripinin növbəti epidemiyası təsdiqlənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər