4 Noyabr 2021 09:32
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yayımladığı hesabatda Çinin 2030-cu ilə qədər nüvə başlıqlarının sayını 1000-ə çatdırmağı və 2027-ci ilə qədər bütün qoşun növlərini yeni strukturlaşdırılmış şəbəkə altında birləşdirməyi planlaşdırdığı bildirilib.

Teleqraf.com xəbər verir ki, Pentaqon Konqresə təqdim etmək üçün “Çinlə bağlı hərbi və təhlükəsizlik prosesləri” adlı hesabatını dərc edib.

Hesabatda Çinin hərbi potensialını artırmaq səylərinin Pentaqonun 2020-ci il üçün proqnozlarını üstələdiyinə diqqət çəkilib.

Çinin nüvə potensialını artırmağı hədəflədiyi deyilən sənəddə vurğulanıb:

“Çin nüvə inkişafı sürəti sayəsində 2027-ci ilə qədər 700-ə yaxın nüvə başlığı əldə edə bilər. Çin 2020-ci ildə Pentaqonun təxminlərini üstələyəcək və nüvə silahlarının sayını artıracaq. 2030-cu ilə qədər döyüş başlıqlarını ən azı 1000-ə çatdırmağı hədəfləyir”.

Hesabatda 2020-ci ildə Çinin “sülh zamanı nüvə müharibəsi hazırlığı” adıyla çox sayda yeni raket silosu inşa etdiyi qeyd edilib.


Müəllif: Mənsur Rəğbətoğlu