4 Noyabr 2021 09:54
1 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriyada mümkün əməliyyatından əvvəl bölgədə hərbi fəallıq artıb.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya məxsus 50 yük maşını PKK terror təşkilatının nəzarətindəki Qamışlı şəhərinə daxil olub.

Suriya Milli Sülh Mərkəzinin üzvü Ömər Rəhmun bildirib ki, Türkiyə bu ölkənin şimalında əməliyyata başlasa, Suriya ordusu İdlibdə iki mərhələli əməliyyat keçirəcək: “Türkiyənin Suriyanın şimal-şərqində hərbi əməliyyatı başlayan kimi, ilk mərhələdə Cəbəl əz-Zəviyə, Cisr əş-Şuqur, Əl-Qab və M4 şosesi və ondan 8 kilometr şimalda olan ərazilər azad ediləcək”.

Suriya rejiminin İdlib və ətrafında yerləşdirmək üçün əlavə olaraq 1000 nəfərlik hərbi qüvvə ayırdığı açıqlanıb. Bu məqsədlə ehtimal olunan döyüşlərə qatılmaq üçün Latakiya, Hums, Həma və Dəməşqdə qəbul məntəqələri açılıb. Könüllülər ayda 45 dollar maaş alacaq və Həmadakı düşərgələrdə 15 günlük təlim keçəcəklər. Artıq 550 şəxsin Həmadakı düşərgələrdə təlimini başa vurduğu açıqlanıb.

Suriya Milli Ordusunun komandirlərindən biri Əbdülsəlam Əbdürezzaq Əsəd ordusuna qarşı əməliyyata hazır olduqlarını bəyan edib:

“Təl-Rıfat və Ayn əl-Ərəb bölgələri Türkiyə ordusu və Suriya Milli Ordusu üçün strateji hədəflərdir. PKK-ya qarşı əməliyyat üçün mütəmadi olaraq Türkiyə hərbi rəsmiləri ilə görüşlər keçirilir. Bu görüşlər əməliyyat bölgələrində baş tutur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər