“Microsoft” korporasiyasının təsisçisi Bill Qeytsin “Lana” adlı lüks yaxtası ilə Türkiyənin Bodrum mahalının körfəzlərində lövbər salmasının səbəbi bəlli olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, dünyanın 4-cü ən zəngin adamı Türkiyədə ferma qurmaqdan ötrü torpaq sahəsi axtarır.
BMT-nin İqlim Zirvəsi öncəsi Bodrumda tətil edən Qeytsin Türkiyədən yüzlərlə hektar əraziyə baxdığı iddia edilir. Mənbələr bildirirlər ki, Qeyts keçmiş həyat yoldaşı ilə birlikdə idarə etdiyi 50 milyard dollarlıq Bill və Melinda Qeyts Fondu üçün Türkiyədə nəhəng kənd təsərrüfatı sahəsi yaratmaq istəyir.
Qeyd edək ki, 1955-ci ildə oktyabrın 28-də anadan olan Bill Qeyts ad günü mərasimi üçün xüsusi gecə təşkil etmək üçün Bodruma gəlib. ABŞ-ın e-ticarət nəhəngi “Amazon”un qurucusu Ceff Bezosun da 66 yaşını qeyd edən milyonçunun ad gününə qatılmaq üçün Bodruma gəldiyi bildirilir.