Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorqyan Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar aparılmadığını bildirib.
Teleqraf.com xəbər verir ki, o, delimitasiya ilə bağlı danışıqların hansı xəritə və sənədlər əsasında aparılacağının indidən deməyin tez olduğunu söyləyib.
Gevorqyan əlavə edib ki, daxili müzakirələr zamanı ümumi yanaşmalar işlənib hazırlanıb, bu yanaşmalar üzrə hələlik ictimaiyyətə açıqlama verilməyəcək, çünki danışıqlar aparılmır.