14 Noyabr 2014 14:30
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın ikinci böyük şəhəri sayılan Kutaisidə bu gün səhər saatlarından başlayan aksiyada insident yaşanıb.

Teleqraf.com Gürcüstan mediasına istinadən xəbər verir ki, etirazçılar əsasən ölkədə ipotekadan zərər görmüş insanlar olub. Onlar məsələ ilə bağlı prezidentlə görüş tələb ediblər. Gürcüstan prezidenti Georgi Marqvelaşvili parlamentdə çıxışının başlanmasına bir neçə dəqiqə qalmış etirazçılardan biri parlament binasına daş atıb.

İnsident iştirakçısı polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Gürcüstan prezidentinin parlamentdə deputatlara və xalqa son hadisələrlə əlaqədar fövqəladə müraciəti gözlənilir.

Samir


Müəllif:

Oxşar xəbərlər