İran Prezidenti İbrahim Rəisi ABŞ-la nüvə danışıqlarına dair açıqlama verib.
Teleqraf.com xəbər verir ki, o, aparılan müzakirələrin nəticə verməli olduğunu bildirib.
“Sanksiyaların ləğv edilməsi nöqtəsində geri addım atmayacağıq. Danışıqlar masasından ayrılmayacağıq, amma bunun müqabilində heç bir güzəştə getməyəcəyik”, - Rəisi söyləyib.
ABŞ-ın Oman körfəzində İran tankerini saxlamasına cavab verən Rəisi Amerikanın bölgədə tiran olmağa çalışdığını deyib.