4 Noyabr 2021 18:29
2 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arxeoloqlar ilk dəfə olaraq Çingizxanın əsasını qoyduğu Monqol imperiyasının paytaxtı qədim Qarakorumun xəritəsini çəkiblər.

Teleqraf.com bildirir ki, şəhər eramızın təxminən 1218-1220-ci illərində Çingizxanın qərargahı Orxon çayının sahillərinə köçürüldükdə qurulub. Hərbi düşərgə Monqol imperiyasının ikinci Böyük Xanı, Çingizxanın üçüncü oğlu Ugedey xanın dövründə şəhərə çevrilib. O, siyasi həyatın mərkəzinə və Böyük İpək Yolunun ən mühüm ticarət nöqtələrindən biri halına gəlib.

Müasir Xarxorin şəhərinin Qarakorumun yerində yerləşdiyi güman edilir, lakin qədim paytaxtın dəqiq yeri arxeoloqlara məlum deyildi.

“Antiquity” jurnalında dərc olunan yeni araşdırmada beynəlxalq alimlər qrupu səthin topoqrafiyasını və onun altındakı yerin maqnit sahələrini ölçən yüksəkhəssas maqnitometrlərdən (SQUID) istifadə ediblər. Onun köməyi ilə alimlər 465 hektar ərazidə kəşfiyyat aparıb, qədim Qarakorumun yollarının, rayonlarının və daxili tikililərinin yerini müəyyənləşdiriblər.

Bu məlumatları əvvəlki aerofoto çəkilişlərlə və tarixi qeydlərlə birləşdirərək komanda daxili planı, şəhərin uzunluğunu, şəhər divarlarını və tarixi qeydlərdə qeyd olunan dörd əsas qapıdan üçünü göstərən Qarakorumun ətraflı xəritəsini yarada biliblər.

Həmçinin, şəhərin şəhər divarlarından kənarda 3 km-dən çox uzandığı da məlum olub. Şəhərin mərkəzindəki sahələr daha “məhsuldar” görünür. Alimlərin fikrincə, bu ərazilər daha əvvəl məskunlaşdırılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər