5 Noyabr 2021 11:40
5 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun keçmiş baş katibi, general Corc Robertson Rusiya Prezidenti Vladimir Putinin NATO-ya üzv olmaq niyyəti ilə bağlı onunla aralarında baş tutmuş söhbətdən danışıb.

Teleqraf.com xəbər verir ki, 1999-2003-cü illərdə NATO-nun baş katibi olmuş Robertson 2000-ci ildə Putinlə görüşdüyünü bildirib.

“Putin dedi ki, “Bizi nə vaxt NATO-ya üzv olmağa dəvət edəcəksiniz?” Cavab verdim ki, biz heç kəsi dəvət etmirik, NATO-ya üzv olmaq üçün əvvəlcə müraciət etməlisiniz. Dedi ki, “Biz heç bir əhəmiyyəti olmayan bir çox ölkələrlə eyni xətdə dayana bilmərik”.

Robertsona görə, Putin NATO üçün növbədə gözləmək istəmədiyinə eyham vurub.

Britaniyanın “The Guardian” qəzeti xatırladıb ki, Vladimir Putin 2000-ci ildə hakimiyyətə gəlməzdən bir müddət əvvəl BBC-yə müsahibəsində NATO-da mümkün iştirakını inkar etməyib.

Putin BBC-yə deyib: “Rusiya bərabərhüquqlu tərəfdaş kimi qəbul edilsə, alyansa qoşula bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər