Amerikalı milyarder iş adamı Bill Qeyts çiçək xəstəliyindən bioloji silah kimi istifadə oluna biləcəyini deyərək hökumətlərə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, o, dünya liderlərini nəyin bahasına olur-olsun bioterrorizmlə mübarizə aparmağa çağırıb və Ümumdünya Səhiyyə Təşkilatının Pandemiya üzrə İşçi Qrupunun yaradılmalı olduğunu bildirib.
Bu təşəbbüslərin öncülləri kimi ABŞ və İngiltərə kimi ölkələrin adlarını çəkərək, tədqiqatların maliyyələşdirilməsi üçün on milyardlarla dollar xərclənməli olduğunu söyləyib.
Bill Qeyts dünya ölkələrini hava limanlarında çiçək xəstəliyi ilə bioterror aktlarına hazır olmağın lazım olduğunu iddia edib:
“Bir bioterrorçu 10 hava limanına çiçək xəstəliyini gətirsə nə olacaq? Dünyanın buna necə reaksiya verəcəyini bilirsinizmi?”.
Önümüzdəki beş il ərzində “Növbəti pandemiyaya hazırıq” adlı kitab yazacağını deyən Bill Qeyts bildirib: “Ümumdünya Səhiyyə Təşkilatının nəzarəti altında Pandemiya Qüvvəsi üçün hər il təxminən bir milyard vəsait toplamalıyıq”.