ABŞ-ın Afinadakı səfiri Cefri Payet Amerikanın Dədəağac adasındakı hərbi varlığı ilə bağlı açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, Payet ABŞ və Yunanıstanın Şərqi Makedoniya və Trakiyadakı ortaq əlaqələrinin Türkiyə üçün təhlükə yaratmadığını açıqlayıb.
Ötən həftələrdə ABŞ-la Müdafiə Əməkdaşlığı Müqaviləsini (MDCA-1990) yeniləyən Afina bu çərçivədə Türkiyədən 45 km uzaqlıqdakı Dədəağac adasındakı bazanı istifadə etmək üçün Amerikaya verib.
İtaliyada qatıldığı G-20 sammitindən sonra jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı bunu demişdi:
“Həm cənab Baydenə, həm də Makrona bu haqda dedim. Dedim ki, bu Dədəağac məsələsi nədir? Burada belə bir bazanın yaradılması bizi, xalqımızı ciddi şəkildə narahat edir”.